Bağdadda günün ikinci partlayışı baş verib. “Qafqazinfo” xəbər verir ki, “Əl Cəzirə” azı 7 nəfərin öldüyünü, 30 nəfərin isə yaralandığını açıqlayıb.
Hadisə şəhərdəki körpülərdən birinin yaxınlığında, bomba yüklənmiş avtomobilin partladılması nəticəsində baş verib.
Qeyd edək ki, daha əvvəl partlayış Bağdadın mərkəzində dondurma mağazası yaxınlığında qeydə alınmışdı. Həmin partlayışda 15 nəfər ölüb, 24 nəfər yaralanmışdı.
Partlayışı İŞİD terror qruplaşması öz üzərinə götürüb.
Son xəbərlər
Son Xəbərlər