Bağdadın şərqində iki dəfə güclü partlayış baş verib.
“Qafqazinfo”nun “Lenta.ru”ya istinadən verdiyi məlumata görə, ilk hücum Camilə şəhərinin şiə rayonunda olub. Canlı bomba avtomobillə tərəvəz bazarının yaxınlığında özünü partladıb. Hadisə nəticəsində 13 nəfər həlak olub. Partlayışa məsuliyyəti İŞİD terror təşkilatı öz üzərinə götürüb.
İkinci partlayış isə bir neçə saat sonra kamikadze tərəfindən Baladiyat şəhərinin şiə rayonunda törədilib, 7 nəfər ölüb.
Son xəbərlər
Son Xəbərlər