Bağdadda məsciddə partlayış - 10 ölü, 30 yaralı

bagdadda-mescidde-partlayis
Oxunma sayı: 726

İraqın paytaxtı Bağdadda məsciddə partlayış olub.

“Qafqazinfo”nun “Baghdad Today” nəşrinə istinadən verdiyi xəbərə, canlı bombanın özünü partlatması nəticəsində 10 nəfər həlak olub, daha 30 nəfər xəsarət alıb.

Terakta məsuliyyəti hələ ki, heç bir terror qruplaşması öz üzərinə götürməyib.