Bağdadda partlayış, ölənlər var

bagdadda-partlayis-olenler-var
Oxunma sayı: 1190

İraqın paytaxtı Bağdadın Kazımiyyə səmtində partlayış baş verib.

“Qafqazinfo” “Sky News”a istinadən xəbər verir ki, nəticədə, iki nəfər ölüb, 14 nəfər yaralanıb.

Partlayış bir restoranın qarşısında qeydə alınıb.

Partlayışa qaz sızmasının səbəb olduğu ehtimal edilir. Faktla bağlı araşdırma aparılır.