Bağdadda partlayışda ölənlərin sayı 200-ü keçdi

bagdadda-partlayisda-olenlerin-sayi-200-u-kecdi
Oxunma sayı: 869

İraqın paytaxtı Bağdadda baş verən dəhşətli terrorda ölənlərin sayı 213-ə çatıb, yaralı sayı isə 200 nəfərdir.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, daha əvvəl avtomobilin partladılması nəticəsində 165 nəfərin öldüyü açıqlanmışdı.

Partlayışa görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb. Terrorla bağlı İraqda üçgünlük matəm elan edilib.