Bağdadda terror aktı nəticəsində ölənlərin sayı 292-yə çatdı

bagdadda-terror-akti-neticesinde-olenlerin-sayi-292-ye-catdi
Oxunma sayı: 1280

İyulun 3-də İraqın paytaxtı Bağdad şəhərində törədilmiş terror aktı nəticəsində ölənlərin sayı artmaqdadır.

QafqazinfoAzərtac-a istinadən xəbər verir ki, partlayışlar nəticəsində həlak olanların sayı 292 nəfərə çatıb.

İraqın Səhiyyə Nazirliyinin məlumatına əsasən ölənlərdən 177 nəfərinin şəxsiyyəti təsdiqlənib, onlardan 115-nin cəsədi artıq ailələrinə təhvil verilib.