Bağdadidən sonra İŞİD-də parçalanma - Liderlik uğrunda savaş gedir

bagdadiden-sonra-isid-de-parcalanma
Oxunma sayı: 771

İŞİD terror təşkilatının lideri Əbubəkr Əl-Bağdadinin öldürüldüyü elan ediləndən sonra təşkilat daxilində parçalanmalar başlayıb.

“Qafqazinfo” Tesnim agentliyinə istinadən xəbər verir ki, Mosulda ağır məğlubiyyətə düçar olan terrorçular Təlafər şəhərinə sığınıblar.

Bağdadinin ölümü və ardıcıl məğlubiyyətlərdən sonra terrorçular arasında çaxnaşma yaranıb. Belə ki, Bağdadi tərəfdarları və müxaliflər arasında atışma baş olduğu bildirilir.

Hələlik kimin rəhbərliyində olduğu bilinməyən müxaliflər Bağdadidən sonra idarəetməni ələ keçirmək istəyirlər.