Bağırovun xalası oğlunun saxladığı ayıdan xəbər var

bagirovun-xalasi-oglunun-saxladigi-ayidan-xeber-var
Oxunma sayı: 2201

Quba rayonunda fərdi təssərrüfatlardan birində saxlanılan qonur ayı  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən götürülərək  Altıağac Milli Parkının nəzdində fəaliyyət göstərən Vəhşi Təbiətin Bərpası və Reabilitasiyası Mərkəzinə təhvil verilib. 

"Qafqazinfo"ya daxil olan məlumata görə, Azərbaycan Respublikasının “Qırmızı kitab”ına düşən qonur ayı baytar həkim tərəfindən müayinə olunub. Ayı mərkəzdə iki ay reabilitasiya keçdikdən sonra vəhşi təbiətə buraxılacaq.

Qeyd edək ki, Quba rayonun Mirzəqışlaq kəndində Abbas Zeynalova məxsus fərdi təssərrüfatda adı “Qırmızı kitaba” düşmüş və qəfəsdə saxlanılması qanunla qadağan edilmiş bir ədəd qonur ayı saxlanılıb. A. Zeynalov sabiq Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırovun xalası oğludur.