“Qafqazinfo” xəbər verir ki Braziliya Hollandiya ilə qarşılaşacaq. Yarımfinalda Almaniyaya 7-1 hesabı ilə uduzan və bütün ölkənin nifrətini toplayan Braziliya yığması III yerə sahib olaraq bir qədər təsəlli tapmaq istəyirlər. Lakin həmin biabırçılıqdan sonra futbolçularda meydana çıxmaq və qələbə uğrunda oynamaq üzü yoxdur
Yarımfinalda Argentinaya penalti seriyalarında 4-2 hesabı ilə uduzan hollnadiyalılar biabır olmasalar da, psixoloji cəhətdən pis vəziyyətdədirlər. Qrupda son dünya çempionu İspaniya üzərində 5-1 hesablı möhtəşəm qələbə ilə start götürən Hollandiyadan, əksəriyyət dünya çempionluğu gözləyirdi. Lakin Messinin komandası avropalıların qarşısını kəsə bildi. Bu gecə əldə olunacaq III-lük mundialla normal vidalaşma olacaq.
Braziliya və Hollandiya yığmaları indiyənə kimi dünya çempionatlarında 4 dəfə qarşılaşıblar. Yığma komandalar hərəyə iki dəfə qalib gəliblər.
III yer uğrundan matç
Saat 01:00
Braziliya-Hollandiya
Baş hakim Camal Haymudi(Əlzəcair)
İqbal
Son xəbərlər
Son Xəbərlər