Aprelin 28-də Mərkəzi Bankın qərarıyla bağlanan "Amrahbank"ın işçilərinə əməkhaqqı verilmir.
"Qafqazinfo" xəbər verir ki, əməkdaşlar bankın baş ofisinə yığışaraq məsələylə bağlı etiraz ediblər. Onların sözlərinə görə, Mərkəzi Bank tərəfindən təyin olunan inzibatçı işçilərə aprel ayının maaşının ödənilməyəcəyini deyib.
"Qafqazinfo" məsələ ilə bağlı Mərkəzi Banka sorğu ünvanlayıb.
Son xəbərlər
Son Xəbərlər