Bağlanan bankların əmlakını onlayn almaq olacaq

baglanan-banklarin-emlakini-onlayn-almaq-olacaq
Oxunma sayı: 1618

Bu yaxınlarda Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) yeni saytı - emlakadif.az fəaliyyətə başlayacaq.

Qafqazinfo”nun Trend-ə istinadən məlumatına görə, bunu ADIF-in icraçı direktoru Azad Cavadov mətbuat konfransında deyib.

Onun sözlərinə görə, saytda bağlanan bankların əmlakı satışa çıxarılacaq.

A.Cavadov qeyd edib ki, söhbət ADIF-in ləğvedici təyin edildiyi bankların əmlaklarından gedir.