Bunu AzVision.az-a açıqlamasında "Region TV"-nin Media Mərkəzinin direktoru Elnur Şibliyev məlumat verib.
E.Şibliyev bildirib ki, "Yurd TV" və "Region TV" bir-birindən tamamilə fərqli media qurumlarıdır: "Yurd TV"nin yayımını internet vasitəsi ilə həyata keçirdiyini nəzərə alsaq, görərik ki, bu kanalın "Region TV" ilə birləşdirilməsi qeyri-mümkündür və absurddur. Bununla bağlı yayılan məlumatlar da heç bir həqiqəti əks etdirmir".
"Region TV"-nin rəsmisinin sözlərinə görə, "Yurd TV"-də kifayət qədər peşəkar kadr var: "Təbii ki, "Region TV" də digər telekanallar kimi ehtiyac yaranarsa, həmin işçilərlə əməkdaşlıq edə bilər".
Son xəbərlər
Son Xəbərlər