Bağlanan yolların açılması ilə bağlı qərar dəyişdirildi - Yenilənib

baglanan-yollarin-acilmasi-ile-bagli-qerar-deyisdirildi
Oxunma sayı: 13233

Formula 1 Azərbaycan Qran Prisi ərəfəsində bağlanan prospekt və küçələr iyunun 14-ü səhər saat 10:00-dan açılacaq. Bu barədə “Qafqazinfo”ya Bakı Şəhər Halqasından məlumat verilib.

Bundan başqa,  iyunun 14-dən 20-nə kimi yollarda təhlükəsizlik məqsədilə quraşdırılan beton bloklar da götürüləcək. Piyadalar üçün quraşdırılmış müvəqqəti körpülər isə iyunun 22-nə qədər aradan qaldırılacaq.

***

Bakı Şəhər Halqasından “Qafqazinfo”ya verilən məlumata görə Formula 1-ə görə bağlanan yollarla bağlı qərar dəyişib. Bildirilib ki, Qran-pri üçün qapadılan küçə və prospektlər bu gün sat 18:00-dan etibarən açılacaq.

Bundan başqa,  iyunun 13-dən 20-ə kimi yollarda təhlükəsizlik məqsədilə quraşdırılan beton bloklar da götürüləcək. Piyadalar üçün quraşdırılmış müvəqqəti körpülər isə iyunun 22-ə qədər aradan qaldırılacaq.