“Bağlanan yolun başçı ilə əlaqəsi yoxdur”

baglanan-yolun-basci-ile-elaqesi-yoxdur
Oxunma sayı: 818


Bina sakinlərin şikayəti ilə əlaqədar Suraxanı rayon icra hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Bəlxudar Bəlxudarov “Qafqazinfo” ilə əlaqə saxlayıb. 

O bildirib ki, 262 saylı uşaq bağçası Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən təmir olunur: “Yolun bağlanmasının icra hakimiyyətinin başçısı ilə əlaqəsi yoxdur.  İş dövlət proqramı çərçivəsində həyata keçirilir. Əvvəllər bağçanın hasarı olmayıb.  İndi uşaqların təhlükəsizliyi nöqteyi-nəzərindən bağça barmaqlıqlarla əhatə olunub ki, kənar şəxslər müdaxilə edə bilməsinlər.  Vətəndaşlar əvvəllər bağçanın həyətindən keçib gedirdilər. İndi isə bir az əziyyət kəçib yan tərəfdən keçmək istəmirlər. Ona görə də narazılıq edirlər. Bağçanın həyətində əyləncə vasitələri, oturacaq yerləri düzəldiləcək ki uşaqlar yay mövsümündə həyətdə istirahət edə bilsinlər.  Bağçanın yanı açıq olanda uşaqlara nəzarət etmək də çətinləşəcək. Belə olan halda onların təhlükəsizliyinə kim zəmanət verə bilər?”