Bağlı qapı arxasında qalan azyaşlılar belə xilas edildi - Video

bagli-qapi-arxasinda-qalan-azyaslilar-bele-xilas-edildi
Oxunma sayı: 1501

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonu, 8-ci mikrorayon, Azadlıq prospekti və 7-ci mikrorayon, S.S.Axundov küçəsində yerləşən hündürmərtəbəli yaşayış binalarında azyaşlıların mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

“Qafqazinfo” xəbər verir ki, hadisə yerinə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunub.

Xilasedicilər xüsusi alpinist ləvazimatlarından istifadə etməklə mənzillərə pəncərədən daxil olub və köməksiz vəziyyətdə qalan azyaşlılar - 2012-ci il təvəllüdlü M.Ramazanovanı və 2021-ci il təvəllüdlü R.Yusifzadəni xilas edərək ailə üzvlərinə təhvil veriblər.