“Ağrı hiss edəndə anladım ki…” – Müsahibə

agri-hiss-edende-anladim-ki-musahibe
Oxunma sayı: 653



- Öncə “Qarabağ”la keçirilən oyun barədə fikirlərinizi bilmək istərdik...

- Biz bilirdik ki, “Qarabağ” doğma divarlar arasında daha yaxşı oynayan güclü komandadır. Təəssüf ki, bu oyunda “İnter”ə nəyə layiq olduğunu göstərmək müəssər olmadı. Etiraf edim ki, rəqib daha yaxşı oynadı və buna görə də bizə qalib gəldi. Çox təəssüf ki, bu matçda məğlubiyyətə uğradıq. Hətta heç-heçə bizim üçün pis nəticə olmazdı, lakin bu qarşılaşmada bir xal qazanmaq komandaya müəssər olmadı.


- Birinci hissədə zədə üzündən meydanı tərk etməli oldunuz. Zədəniz barədə məlumat verməyinizi istərdik.

- Bəli, mən ağrı hiss etdim və anladım ki, matçı davam etdirə bilməyəcəyəm. Ancaq həkimlər izah etdilər ki, zədə o qədər də ciddi deyil.


- Növbəti qarşılaşmada oynayacağınız artıq məlumdur?

- Bu günlərdə aydın olacaq, ancaq həkimlər beşinci gün meydana çıxmağım üçün əllərindən gələni edəcəklərini bildirirlər. Ümid edirəm ki, hər şey yaxşı olacaq və mən belə vacib məqamda komandaya kömək edə biləcəyəm.


- “Bakı” ilə keçirilən son matç barədə nə deyə bilərsiniz?


- Bu oyun bizim üçün çox vacibdir. Biz toparlanmalı və var-gücümüzlə oynamalıyıq. Başa düşürük ki, bunu etmək asan olmayacaq. Lakin məqsədimizə nail olmaq üçün əlimizdən gələni etməyə çalışacağıq.


- Avropa Liqasına vəsiqənin taleyi məhz bu oyunun nəticəsindən asılı olacaq. Çempionatın son matçı ərəfəsində kifayət qədər mürəkkəb vəziyyət yaranıb və qalan 2 vəsiqəyə 3 komanda iddia edir...

- Bəli, turnir cədvəli doğrudan da bir qədər qarışıqdır, lakin bizim vəzifəmiz sadədir-qələbə qazanmalıyıq və o zaman Avropanın qapıları üzümüzə açılacaq. Şansımız öz əlimizdədir və ondan tam yararlanmaq lazımdır.