“Bahalı hücumdur, həvəskar deyil”- - Haker hücumu olan sayt rəhbəri

bahali-hucumdur-heveskar-deyil-
Oxunma sayı: 1299


“Qafqazinfo”nun məlumatına görə, bu səbəbdən də sayt fəaliyyətini dayandırıb.  Xəbər portalının baş redaktoru Elçin Zahidoğlu saytımıza açıqlamasında hücumların müxtəlif ölkələrdən olduğunu bildirib:


“Hər bir sayta haker hücumları olur. Ancaq belə güclü hücum olmamışdı. İndi yarım saatdır ki, sayt ümumiyyətlə fəaliyyətini dayandırıb. İT mütəxəssisimiz bu işlə məşğul olur. Mütəxəssisin bildirdiyinə görə, güclü hücumlar var. Bu hücumlar müxtəlif ölkə və İP-lərdəndir.  Bahalı hücumdur, həvəskar hücum deyil. 

Kimsə saytın fəaliyyətini dayandırmaq marağındadır.  Bizim saytda iki gündür ki, məlum məsələlərlə bağlı yazılar gedir. Hücumun xəbərlərlə bağlı olub, olmadığı araşdırılır. Müəyyən ipucları var, dəqiq məlumat vermək üçün hələ tezdir”.