"Qafqazinfo"ya daxil olan məlumata görə, Füzuli rayonunun Mirzənağılı, Əhmədalılar, Arayatılı, Şükürbəyli, Qarabağ və Birinci Mahmudlu kəndlərini birləşdirən avtomobil yolunun Kərimbəyli kəndindən keçən hissəsində 1,5 km asfalt yolun əsaslı təmirdən sonra istifadəyə verilməsi münasibəti ilə açılış mərasimi keçirilib.
Açılışda rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, Milli Məclis sədrinin müavini Bahar Muradova, rayonun idarə, müəssisə, təşkilat rəhbərləri, yerli icra nümayəndələri, bələdiyyələr və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Bahar Muradova respublikada avtomobil yollarının təmiri və yenidən qurulması istiqamətində ardıcıl iş görüldüyünü qeyd edib.
Sonra Mirzənağılı, Əhmədalılar, Arayatılı, Şükürbəyli, Qarabağ və Birinci Mahmudlu kəndlərini birləşdirən avtomobil yolunun Kərimbəyli kəndindən keçən hissəsində 3000 nəfərdən artıq əhalinin istifadə edəcəyi 1,5 km asfalt yol kənd sakinlərinin istifadəsinə verilib.