Bahar Muradova “Qarabağ”ın oyunundan danışdı

bahar-muradova-qarabagin-oyunundan-danisdi
Oxunma sayı: 1451


“Qafqazinfo” xəbər verir ki, Milli Məclisin vitse-spikeri Bahar Muradova bu fikirləri musavat.com-a Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Qarabağ” futbol klubunun “Sent-Etyen”lə (Fransa) 18 sentyabrda keçiriləcək oyununu şərh edərkən söyləyib. Amma B.Muradova stadiona getməyəcəyini və oyunu televiziya qarşısında seyr edəcəyini bildirdi. O, gülərək “hələ ki, bizdə qadınların stadiona getmək təcrübəsi yoxdur. Amma televiziyadan izləmək daha rahatdır, nəinki stadiondan” - dedi. 

Vitse-spiker Azərbaycan yığmasının baş məşqçisi B.Foqtsun uğursuzluqları barədə fikir bildirmədi: “Mən daha çox “Qarabağ”ın oyununu izləyirəm, hesab edirəm ki, bu, hər bir azərbaycanlının borcudur. Hər kəsin bir sevimli komandası ola bilər. Amma Azərbaycan millisi və “Qarabağ” Azərbaycan adına və Qarabağ adına meydana çıxan komandalardır. Ona görə də onların oyunlarına baxmağa dəyər. O ki, qaldı məşqçilərə, qoy bu barədə peşəkar futbol mütəxəssisləri fikir söyləsin. Mən o dərəcədə futbol bilicisi olmadığımdan hansı məşqçinin peşəkar, yaxud qeyri-peşəkar olduğunu deyə bilmərəm”.