AİBA prezidenti: “Cəza tədbirləri görəcəyik”

aiba-prezidenti-ceza-tedbirleri-goreceyik-
Oxunma sayı: 675


“Qafqazinfo” xəbər verir ki, Çinq-Kuo Vu London Olimpiadasında Azərbaycan idmançılarının qızıl medallar alması üçün qabaqcadan sövdələşmələr aparılması barədə BBC-nin ittihamları ilə əlaqədar AİBA-nın mövqeyini bildirib: “Mən AİBA-nın ünvanına korrupsiya xarakterli ittihamlarla barışa bilmərəm. Mən bizim təşkilatda korrupsiyaya qarşı ciddi mübarizə aparıram. Dörd il ərzində mən 4 vitse-prezidenti, baş katibi, İcraiyyə Komitəsinin 6 üzvünü və 2 komissiya üzvünü işdən azad etmişəm. AİBA bu məsələnin təhqiqatı üzrə komitə yaratmışdır və bu komitənin bütün üzvləri peşəkarlardır. BBC ilk növbədə real faktlar təqdim etməlidir. Hər bir ölkədə bu qəbildən olan ittihamları hüquqşünaslar təhqiq etməlidir. Biz təhqiqatın nəticələrini gözləyəcək, sonra isə cəza tədbirləri görəcəyik”.

Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Jak Roqqe də təhqiqat üzrə xüsusi komitəyə müraciət edib: “Bu, ölkələrin və iştirakçıların sayına görə AİBA-nın tarixində ən genişmiqyaslı çempionat olacaqdır. Dünyanın bütün ən güclü boksçuları Azərbaycan paytaxtına gəlmişdir, axı London Olimpiadasına bir ildən də az vaxt qalır. Həmin olimpiadada çıxış edəcək boksçular bu mundialda seçiləcəklər. Bakıda cəmi 10 çəki dərəcəsində olimpiadaya vəsiqələr uğrunda mübarizə gedəcəkdir”.