Bakalavr təhsili üzrə ixtisasların sayı artırıldı

bakalavr-tehsili-uzre-ixtisaslarin-sayi-artirildi
Oxunma sayı: 3046

Ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisasların siyahısına yeni ixtisaslar daxil edilib.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, təsnifata 050811 Ümumi fiziki hazırlıq, 050812 Kütləvi-sağlamlaşdırıcı idman və  050813 Adaptiv bədən tərbiyəsi ixtisasları daxil edilib.

Yeni ixtisaslar səhiyyə, rifah və xidmət ixtisasları qrupuna aid olunub.