Bakalavr təhsili üzrə xüsusi təyinatlı ixtisasların sayı artırılıb

bakalavr-tehsili-uzre-xususi-teyinatli-ixtisaslarin-sayi-artirilib
Oxunma sayı: 1473

Ali təhsilin bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsi üzrə ixtisasların (proqramların) təsnifatında dəyişiklik edilib.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, XTB050109 Dövlət təhlükəsizliyi və idarəetmə ixtisası ali təhsilin bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsi üzrə ixtisasların (proqramların) təsnifatına əlavə edilib.

Eyni zamanda, dəyişiklikdə göstərilib ki, bu ixtisaslaşmaya aldıqları ixtisasdan asılı olmayaraq ali təhsilli hərbi qulluqçular və hərbi vəzifəlilər Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının qəbul prosedurlarına uyğun olaraq magistraturaya qəbul oluna bilərlər.