Bakalavriat səviyyəsinə ayrılan yerlərin sayı açıqlandı

bakalavriat-seviyyesine-ayrilan-yerlerin-sayi-aciqlandi
Oxunma sayı: 3153

Təhsil nazirliyi 2021-2022-ci tədris ilində ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə bəzi təhsil ixtisasları üzrə ayrılan proqnoz yerlərinin sayını açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə təhsil naziri Emin Əmrullayev nazirliyin feysbuk səhifəsində 2021-2022-ci tədris ili üzrə keçirilmiş müəllimlərin işə qəbulu imtahanları ilə bağlı sualları cavablandırarkən bildirib. O qeyd edib ki, növbəti tədris ili üzrə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsində 10 240 yer ayrılıb.

Nazir bildirib ki, həmin yerlərdən 4 175-i dövlət sifarişi əsasında olacaq. Ən çox yer ayrılan fənlər isə xarici dil müəllimliyi (1,860), ibtidai sinif (1,220) və Azərbaycan dili və ədəbiyyatıdır (1, 160).

Gülnar Əliyeva