Bakalavrların nəzərinə

bakalavrlarin-nezerine
Oxunma sayı: 744

Ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının birinci mərhələsindəki nəticəsi həmin mərhələ üzrə minimal bal tələbini ödəyən, lakin fənlər üzrə minimal bal tələbini ödəməyən bakalavrlara imtahanın ikinci mərhələsində iştirak etmək imkanı veriləcək.

“Qafqazinfo” xəbər verir ki, Dövlət İmtahan Mərkəzi bu bakalavrların nəzərinə çatdırır ki, imtahanın II mərhələsində onlar dövlət sifarişli yerlər üçün həmin mərhələnin nəticəsinə və iki mərhələ üzrə ümumi bala qoyulan minimal tələbləri ödəsələr belə, müsabiqə zamanı yalnız ödənişli əsaslarla olan ixtisaslaşmaları seçə biləcəklər.

Ətraflı məlumatı DİM-in saytından əldə edə bilərsiz.