“Bakcell Arena”da istefa - Şüarları

bakcell-arenada-istefa
Oxunma sayı: 1734

Azərbaycan Premyer Liqasının 24-cü turunda “Neftçi” “Qəbələ”ni qəbul edib.

“Qafqazinfo” xəbər verir ki, matçın sonlarında qonaqların hesabda öndə çıxması bakılı fanatların etirazına səbəb olub.

Onlar “istefa, istefa” şüarlarını səsləndiriblər. Onlar hətta öz futbolçularını da təhqir etməkdən çəkinməyiblər. Bundan başqa meydan sahibinin azarkeşləri “Neftç”nin Müşahidə Şurasının üzvlərini də istefaya səsləyiblər.

Qeyd edək ki, oyun “Qəbələ”nin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.