Bakcell-dən eksklüziv kampaniya

bakcell-den-ekskluziv-kampaniya
Oxunma sayı: 673

Sür@ ticarət nişanı altında ölkədə 3G mobil internet təcrübəsini təklif edən Bakcell şirkəti HTC One seriyalı smartfonlar üzrə yeni eksklüziv kampaniyasını elan edib. Şirkədən “Qafqazinfo”ya verilən məlumata görə, indi göstərilən HTC modellərindən birini eksklüziv qiymətə pulsuz CİN nömrə ilə birgə əldə edən müştərilərimiz xüsusi aylıq bonuslardan yararlanacaqlar.

İndi Bakcell-in diler mağazalarından kampaniyada iştirak edən telefonlardan birini eksklüziv qiymətə alan şanslı müştərilər 500 şəbəkədaxili dəqiqə və 500 MB internet aylıq bonuslardan yararlanacaq. Bunun üçün sadəcə hər ay balansa 10 AZN yükləmək kifayətdir.

Beləliklə, müştərilər telefon üçün eksklüziv və xüsusi qiymətlə yanaşı, pulsuz SİM kart və hər ay 500 şəbəkədaxili dəqiqə və 500 MB internet əldə edəcəklər.

Təklif may ayının 25-dən başlayaraq Bakcell-in rəsmi dilerləri olan Computex və Soliton mağazalar şəbəkəsində kampaniyada iştirak edən telefonlarından birini əldə etmiş müştərilər üçün qüvvədədir.

Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 92% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. 257 pərakəndə satış nöqtəsi və həftənin 7 günü, günün 24 saatı fəaliyyət göstərən 7 Müştəri Xidməti mərkəzləri olan Bakcell istifadəçilərə müştəri təcrübəsini təklif etməkdədir.

Nigar Məmmədli