Bakcell-dən “Ulduzlu” təklif

bakcell-den-ulduzlu-teklif-
Oxunma sayı: 664

Azərbaycanın Mobil Operatoru Bakcell şirkəti yeni “Ulduzlu zənglər” kampaniyasına start verib. Şirkətdən “Qafqazinfo”ya verilən məlumata görə, kampaniya heç bir şərt və məhdudiyyət olmadan Azərbaycan daxilində bütün istiqamətlərə zənglərin hər dəqiqəsinə görə 5 qəpik tarifini təklif edir. Sadəcə, zəng etdiyiniz istənilən mobil, ev və ofis nömrəsinin qarşısında * (ulduz işarəsi) yığın və inanılmaz qiymətə danışın. Xidmətdən yararlanmaq üçün balansda olan məbləğin fərqi yoxdur. Kampaniya oktyabrın 31-dən noyabrın 30-dək davam edəcək.

“Ulduzlu zənglər” kampaniyası bütün Bakcell ailəsi - CIN, Klass və Gold abunəçilərinə, eləcə də yeni “CINeration” və “Klass 7” tariflərinin abunəçilərinə aiddir və bütün ölkədaxili zənglər üçün nəzərdə tutulub.

Nigar Məmmədli