Görüş zamanı tələbələrə şirkətin fəaliyyəti, tələbələr üçün nəzərdə tutulmuş “Smart Start” təcrübə proqramı, Azərbaycan dilində mobil applikasiyaların yaranmasını dəstəkləyən Applab proqramı və gənclər üçün geniş imkanlar yaradan digər f layihələrbarədə ətraflı məlumat verilib, onların sualları cavablandırılıb
“Applab” layihəsinin məqsədi sahibkarların və proqram tərtibatçılarının öz ideyalarını daha sürətlə həyata keçirməsinə və Azərbaycan və beynəlxalq bazarlar üçün istifadəyə tam hazır mütərəqqi mobil tətbiqetmələr yaratmalarına kömək göstərən effektiv alətlərin təmin edilməsidir. “Applab” proqramına qoşulmaq çox asandır. Bunun üçün http://www.bakcell.com/az/join-applab səhifəsinə daxil olub ərizə formasını doldurmaq yetərlidir.
Karyerasına başlamaq və ilkin iş təcrübəsi olmadığı səbəbindən işə düzəlməkdə çətinlik çəkəntələbə və məzunlar üçün nəzərdə tutulmuş “Smart Start” proqramı iş mühiti ilə tanış olmaq, praktiki təcrübəyə yiyələnmək və işə hazırlıq bacarıqlarını inkişaf etdirmək imkanı yaradır. Təcrübə müddəti 2 ay olmaqla, həftədə 5 tam iş günüdür.Təcrübəçilərin gündəlik nəqliyyat və qida tələbatlarını ödəmək üçün Bakcell təcrübəçilərə müvafiq məbləğdə təqaüd verir. Təcrübə proqramı başa çatdıqda bütün iştirakçılar qiymətlənirilir və layihədə iştirak etdiklərini təsdiq edən sənədlə təltif olunurlar.
Son xəbərlər
Son Xəbərlər