Bakcell ilə yekun vurdu

bakcell-ile-yekun-vurdu-
Oxunma sayı: 670

“Qafqazinfo”nun məlumatına görə, tədbirdə çıxış edən şirkətin Baş icraçı direktoru Ricard Şirer deyib ki, 2011 Bakcell üçün sürətli inkişaf ili kimi yadda qalıb: “Artıq Bakcel şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 92%-ni əhatə edir. Bu gün şirkətin 2,6 milyondan artıq aktiv abunəçisi var. Hazırda Bakcell Azərbaycanın 62 şəhərində sürəti 28 mb/s qədər olan sürətli mobil internet xidmətlərini təklif etməkdədir. 3G xidmətlərimizdən yararlanan istifadəçilərin də sayı artmaqdadır. Bu gün 1 milyona yaxın abunəçi Bakcell-in internet və 3G şəbəkəsinin üstünlüklərindən yararlanır”.

R, Şirer onu da bildirib ki, 2011-ci ildə şirkətin gəlirlərində stabil bazar şəraitində 5% həcmində artım müşahidə olunub.

Qeyd edək ki, ötən il ərzində Bakcell şirkəti 30 kampaniya və 5 tarif paketi təqdim edib.

Nigar Məmmədli