“Bakcell”in CIN, Klass L, Klass XL, Klass XXL, Klass 5* and Klass 5*+ abunəçiləri avqust ayının 10-na kimi alternativ ödəmə metodlarından istifadə edərkən (ödəmə nöqtələri, onlayn ödəniş, bankomatlar və s.) şəbəkədaxili zənglər üçün etibarlılıq tarixi 3 gün olan əlavə 10 dəqiqə qazanacaqlar. Ödəmənin minumum məbləği 3 AZN-dir. Internet, eyni zamanda E-manat, MilliÖn və s. vasitəsilə 3 AZN-dən başlayan hər bir ödəniş üçün 10 dəqiqə bonus verilir.
Əvvəl də qeyd olunduğu kimi, Bakcell mümkün qədər tez bir zamanda bütün ölkə ərazisini ödəmə kartları ilə təmin etməyə çalışır.