Bakcell onlar üçün danışığı pulsuz etdi

bakcell-onlar-ucun-danisigi-pulsuz-etdi
Oxunma sayı: 3610

Sentyabrın 20-si Azərbaycanda “Əsrin müqaviləsi”nin 26 illiyidir və eyni zamanda Neftçilər Günü kimi qeyd olunur.

"Qafqazinfo" xəbər verir ki, peşə bayramı günü münasibətilə Bakcell şirkəti bütün neftçiləri təbrik edib. Bu münasibətlə şirkət onlara təbrik SMS-i yollayıb. Bundan başqa, Bakcell neft sektorunda çalışan abunəçilərinə gün ərzində şəbəkədaxili pulsuz danışıq hədiyyə edib.

Beləliklə, Bakcell xidmətlərindən istifadə edən neftçilər bu gün heç bir ödəniş etmədən şəbəkədaxili istədikləri qədər zəng edə biləcəklər.