“Bakcell” “Sabah”-“Beşiktaş” oyununa dəstək verib

bakcell-sabah-besiktas-oyununa-destek-verib
Oxunma sayı: 1487

13 may tarixində Bakıda "Bakcell"in dəstəyi ilə “Sabah” və Türkiyənin “Beşiktaş” klubları arasında xeyriyyə oyunu keçirilib. 

“Qafqazinfo” xəbər verir ki, görüşdən əldə olunmuş bütün gəlir Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcək. 

“NEQSOL Holding”in tərkibinə daxil olan “Bakcell” şirkəti hazırda "Bakcell ilə ən sürətli ol" şüarı ilə genişmiqyaslı kommunikasiya kampaniyası həyata keçirir.