Bakcell şirkəti transmissiya şəbəkəsinin modernləşdirilməsinə başlayıb

bakcell-sirketi-transmissiya-sebekesinin-modernlesdirilmesine-baslayib
Oxunma sayı: 681

“Qafqazinfo”nun məlumatına görə, wmumi şəbəkə tutumunun artırılması və Huawei OSN avadanlığından istifadə edərək MPLS-TP texnologiyasına keçidi həyata keçirmək məqsədilə Bakcell, informasiya və kommunikasiya texnologiyaları (İKT) həlləri sahəsində dünyanın aparıcı şirkəti olan Huawei ilə əməkdaşlıq şəraitində transmissiya şəbəkəsinin modernləşdirilməsinə başlayıb.

“2011-ci ildə 3G şəbəkəsinin istifadəyə verilməsi və 2012-ci ilin sonunda 3G baza stansiyalarının sayının 1000-ə çatdırılması ilə Bakcell şəbəkəsindəki data trafik həcmi 8 dəfədən çox artıb. Bakcell şəbəkəsi klassik TDM/ATM ilə birgə istifadə olunan müasir İP Transport texnogiyasından ibarət hibrid şəbəkədir. Böyük həcmdə 3G İP trafikin emalı, xidmətin ümumi keyfiyyətinin və yüksək tutumun təmin edilməsi üçün şəbəkəmizi modernıəşdirməyə başlamışıq. Bu yeni texnologiyalar Bakcell müştərilərini yüksək keyfiyyətli mobil rabitə və internet sürəti ilə təmin etməklə, Bakcell şəbəkəsini Azərbaycan bazarında ən qabaqcıl şəbəkəyə çevirəcək. Bu, bizim şəbəkə sistemlərimizin LTE və LTE Advanced kimi texnologiyaların tətbiq edilməsi üçün tam hazır olmasından xəbər verir”, - deyə, Bakcell şirkətinin daş texniki direktoru Yigit Berktaş bildirib.

Bu gün Bakcell şirkətinin transmissiya şəbəkəsinin əsas əhatə (core ring) tutumu 40 Gbps (rayon mərkəzlərində), sərhəd (edge) yönləndiricilərin (inzibati rayon mərkəzlərində) tutumu isə 15 Gbps-ə çatır. Bütün önəmli transmissiya marşrutları 1+1 şassi səviyyəsində qoruma və tam ehtiyat saxlamaya malikdir. 2G və 3G xidmətləri tam təhlükəsiz olaraq hər saniyə APS, MSP, SNCP və s. kimi sınanmış qoruyucu alqoritmlər vasitəsilə vahid nəqliyyat şəbəkəsinə daşınır.

Bakcell, 2013-cü ildə Huawei şirkətinin dəstəyilə 400-ə yaxın yüksək tutumlu hibrid mikrodalğa linklərini quraşdırmaqla transmissiya şəbəkəsini daha da inkişaf etdirəcək. Huawei şirkətinin bu şəbəkə həlli sayəsində Bakcell öz müştərilərini ən mükəmməl şəbəkə və xidmət keyfiyyəti ilə təmin edəcək.