“Bakcell.az” domeni "Bakcell"ə verildi

bakcellaz-domeni-quotbakcellquote-verildi
Oxunma sayı: 2190


“Qafqazinfo”nun məlumatına görə, ”Bakcell LTD” məhkəmədə qalib gəlib və məhkəmə qərarı icraya yönəldilib. Bununla da “bakcell.az” domeni ”Bakcell LTD” şirkətinin adına rəsmiləşdirilib. Hazırda “bakcell.az” domeni “bakcell.com” domeninə istiqamətləndirilir.

Qeyd edək ki, bir müdət əvvəl ”Bakcell LTD” ”Network Technologies” şirkəti qarşısında “bakcell.az” domeninin ”Bakcell LTD”-nin adına keçirilməsi barədə iddia qaldırıb. Belə ki, ”bakcell.az” domeni əvvəlki illərdə ”Bakcell LTD” şirkətinin qeydiyyatında olsa da, sonradan domen boş qalıb. Boş qalan domeni Qalib Musayev adlı Bərdə şəhər sakini almış və satışa çıxarmışdı.

Elçin Əhliman