“Bakcell”dən Formula 1 bileti qazanmaq şansı!

bakcellden-formula-1-bileti-qazanmaq-sansi
Oxunma sayı: 1031

Bakcell şirkəti özünün “Facebook” və “Instagram” səhifələrində maraqlı müsabiqə elan edib. Müsabiqədə iştirak edən izləyicilərə Formula 1 Azərbaycan Qran Prisinə bilet qazanmaq üçün gözəl fürsət təklif olunur. 

Yüksək sürətdən zövq alan hər kəsi sevindirəcək bu müsabiqə 27 aprel 2023-cü il saat 12:00-a qədər davam edəcək. Qaliblər “Formula 1 Azərbaycan Qran Pri” trekinin ən maraqlı hissələrindən biri hesab olunan Azneft dairəsində yerləşən “Bakcell” tribunasına 3 günlük bilet qazanıb yüksək sürətdən zövq almaqla yanaşı, müxtəlif oyun və əyləncələrə qatılmaq imkanı əldə edəcək. Müsabiqənin şərtləri Bakcell şirkətinin rəsmi “Facebook” və “Instagram” səhifələrində qeyd olunub.