“Bakcell”dən istedadlı məktəblilərə dəstək

bakcellden-istedadli-mekteblilere-destek-
Oxunma sayı: 1044



“Qafqazinfo” xəbər verir ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində informatika sahəsində xüsusi istedadı ilə fərqlənən 4 məktəbli (Tahir Əlizadə, Əliağa Şirinov, Elgün Cəbrayılzadə və Fateh İbrahimli) üçün xüsusi hazırlıq kursları təşkil olunub.

Zəruri göstəricilərə uyğun təşkil olunan hazırlıq proqramı zamanı seçilmiş istedadlı şagirdlər üçün xaricdən dəvət olunmuş beynəlxalq məsləhətçilərin iştirakı ilə çoxsaylı təlimlər keçirilib. Uşaqların müxtəlif olimpiadalara hazırlığı üçün alqoritmlər, proqramlaşdırma, internet və digər mövzular üzrə müxtəlif nüfuzlu nəşrlərdə istifadə olunan və 1000-dən çox tapşırığı əhatə edən təlim materialları hazırlanaraq dərc olunub.
Bu ilki Beynəlxalq İnformatika Olimpiadasında Azərbaycanı təmsil edəcək şagirdlər iyul ayının 11-də Tayvana yola düşürlər.

1989-cu ildən başlayaraq təşkil olunan Beynəlxalq İnformatika Olimpiadası dünya ölkələrində təhsilin və innovativ təhsil texnologiyalarının inkişafında mühüm rol oynayır. Bu olimpiadalarda istifadə olunan məsələlər məktəb proqramın məzmununa daxil edilmiş məsələlərdən dəfələrlə çətin olduğundan xüsusi yanaşma tələb edir.

Bakcell şirkəti gənclərin informasiya- kommunikasiya texnologiyaları sahəsində inkişafını nəzərdə tutan bir çox layihəni dəstəkləyir. Bakcell inanır ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin və İnfoMas İB-nin bu təşəbbüsü uğurlu olacaq və bundan sonra ölkəmiz Beynəlxaq İnformatika Olimpiadasında davamlı şəkildə təmsil olunacaq.