“Bakcell”dən oğurluq edən şəxslər tutulub

bakcellden-ogurluq-eden-sexsler-tutulub-
Oxunma sayı: 1074


Həbs olunan şəxslər öz ifadələrində12 ədəd batareyanıBakı ətrafında yerləşən ötürücü stansiyadan oğurladıqlarını etiraf ediblər. Faktla bağlı cinayət işi başlanılıb vəmüvafiq istintaq hərəkətləri aparılır.

Qeyd edək ki, həmin şəxslərin təqsiri sübut edilərsə, onları uzun müddətə  azadlıqdan məhrumetmə  cəzası gözləyir. 

“Bakcell” MMCbildirir ki, şirkətin  ötürücü stansiyaları 24 saat ərzində işləyən təhlükəsizlik kameraları ilə təchiz olunub  və yüksək keyfiyyətli videogörüntülər təhlükəsizlik məqsədilə arxivləşdirilir. Bununla yanaşı, müvafiq obyektlərdə oğurluq və digər qanunsuz əməllərin  qarşısını almaq məqsədilə  siqnalizasiya və sair yüksək texniki vasitələrdən  istifadə olunur.