Bakcell bu gün Şuşada daha bir layihəni reallaşdırdığı barədə məlumat yayıb. Qarabağa qayıdış prosesi çərçivəsində burada şəbəkəsini genişləndirdiyini bildirən şirkət bu dəfə Şuşada Wi-Fi şəbəkəsi qurub. Bakcell abunəçiləri Şuşanın Cıdır düzü, Qarabağ hoteli və Şuşa TV stansiyası ərazilərində təqdim olunan pulsuz Wi-Fi xidmətindən istifadə edəcəklər.
Bakcell şəbəkəsi 2021-ci ildə növbəti dəfə Ookla® tərəfindən "Azərbaycanın ən sürətli mobil şəbəkəsi" mükafatına layiq görülüb.
Son xəbərlər
Son Xəbərlər