“Qafqazinfo” xəbər verir ki, ilkin müsahibəyə dəvət olunan 920 nəfərdən 450-si test mərhələsində öz biliyini sınayıb. Yüksək nəticələr nümayiş etdirən 55 namizəd final mərhələsində iştirak etmək hüququ qazanıb.
Ən uğurlu nəticə göstərən 22 gənc “Bakcell”də təcrübə proqramına başlayır.
İştirakçılar müxtəlif mövzularda təlimlər keçdikdən sonra müvafiq şöbələrdə peşəkar iş mühiti ilə tanış olmaq, təcrübəyə yiyələnmək və işə hazırlıq bacarıqlarını inkişaf etdirmək imkanına malik olacaqlar.
Seçilmiş təcrübəçilər Kadrlar, Marketinq, Biznes Texnologiyaları, Mühasibatlıq, Xidmət və məhsulun inkişafı, Müəssisə resurslarının planlaşdırılması, Pərakəndə satış və distribusiya və Müştəri Xidmətləri şöbələrində təcrübə keçəcəklər.
Təcrübə müddəti 2 ay olmaqla, həftədə 5 tam iş günüdür. Proqram iştirakçıları 2 ay müddətdində “Bakcell”dən təqaüd alacaqlar.
Son xəbərlər
Son Xəbərlər