“Qafqazinfo” xəbər verir ki, “Azərbaycana Birgə Yardım” və “SOS Uşaq Kəndləri” təşkilatlarının yetirmələri olan 100 nəfərə yaxın uşaq xüsusi əyləncə proqramına qatılıb.
SOS Uşaq Kəndləri ilə birgə həyata keçirilən “İKT akademiyası” layihəsi çərçivəsində Bakı SOS Uşaq Kəndində texniki avadanlıqlarla təchis edilən xüsusi təlim otağında kompüter kursları, mühasibatlıq 1C, müsahibə qabiliyyəti və CV yazmaq, mobil telefon təmiri, kompüter təmiri, audi-video çəkilişi və digər mövzularda müxtəlif faydalı təlimlər keçirilib.
Bakcell şirkəti özünün KSM proqramları cərçivəsində xüsusi qayğıya ehtiyacı olan uşaqların cəmiyyətə inteqrasiyasını dəstəkləyən layihələrin və tələbələrin gələcək karyeraları üçün faydalı olan müxtəlif proqramların miqyasını ildən ilə genişləndirir.