“Bakcell”in stendi “Ən yaxşı korporativ üslub” sertifikatına layiq görüldü

bakcellin-stendi-en-yaxsi-korporativ-uslub-sertifikatina-layiq-goruldu
Oxunma sayı: 676

"Bakcell" şirkəti 25-ci Yubiley Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisində təqdim etdiyi stendə görə “Ən yaxşı korporativ üslub” sertifikatına layiq görülüb.

"Qafqazinfo" xəbər verir ki, sertifikat “BakuTel-2019” sərgisinin təşkilatçısı Caspian Event Organizers (CEO) tərəfindən təqdim edilib.

Şirkət öz ənənəsinə sadiq qalaraq stendində Azərbaycanın ən böyük mobil şəbəkəsini və ən sürətli mobil internet xidmətini, özünün son nailiyyətlərini nümayiş etdirib, həmçinin bir sıra əyləncəli tədbirlər, maraqlı oyunlar və müsabiqələr təşkil edib. Bundan əlavə, "Bakcell" öz stendində şirkət üçün yeni ayrılan “099” prefiksinin də yaxın gələcəkdə istifadəyə veriləcəyini elan edib.