““Bakı” 1-ci divizyona da düşə bilər”

baki-1-ci-divizyona-da-duse-biler
Oxunma sayı: 793


“Qafqazinfo” xəbər verir ki, bu sözləri AFFA-nın baş katibi Elxan Məmmədov  Milli Mətbuat günü ilə əlaqədar olaraq keçirilən tədbirdə deyib. E. Məmmədovun sözlərinə görə, hazırda adları açıqlanmayan iki şirkətlə “Bakı”ya yeni mövsümdə sponsorluq etmək barədə müzakirələr gedir: “Hazırda “Bakı”nın maliyyə problemlərini aradan qaldırmaq üçün iki şirkətlə sponsorluq danışıqları gedir. Əgər bu müzakirələrdən bir nəticə hasil olmasa, biz məcburuq ki, “Bakı”nı I divizyona göndərək və yerinə Premyer Liqaya bir klub dəvət edək. Lakin “Bakı”Premyer Liqada mübarizəyə başlasa, axıra kimi mövsümü başa vuracaq”

 

İqbal