“Bakı-2015” açılışı ən çox hansı kanalda izlənilib?

baki-2015-acilisi-en-cox-hansi-kanalda-izlenilib
Oxunma sayı: 2711


“Qafqazinfo” virtualaz.org saytına istinadən xəbər verir ki, telekanalların auditoriya reytinqinin tərtib edilməsi ilə məşğul olan “AGB-Nilsen” agentliyinin hesabatında bildirildiyinə görə, Azərbaycan izləyicilərinin 21,85 faizi açılış mərasimini ATV telekanalından izləyib.

Hesabatda o da qeyd olunur ki, reytinq cədvəlində ikinci yeri “Space” telekanalı tutur. Azərbaycan əhalisinin 11,66 faizi mərasimi bu telekanaldan izləyib.

“İdman Azərbaycan” kanalı isə tamaşaçı auditoriyasının 10,35 faizini toplaya bilib.