Əvvəlcə Azad Rəhimov çıxış edərək AzTV-ni ümumixalq kanalı adlandırıb: “Bakı-2015 Avropa oyunları Azərbaycanın tarixində həlledici məqam olacaq. AzTV ümumixalq kanalıdır. Çox sevindirici haldır ki, bütün ölkəmiz bu yarış zamanı idmançılarımızı dəstəkləyəcək. Bu sazişin bağlanmasl ilə Bakı-2015-in Əməliyyat Komitəsi Amerika Birləşmiş Ştatları, Çin və Ərəb ölkələri daxil olmaqla dünyanın 54 ölkəsində yayımı təmin edəcək sazişlərin bağlandığını elan etmiş oldu”.
AzTV-nin sədri Arif Alışanov Avropa oyunlarının yayımını təşkil etməkdən qürur duyduğunu bildirib: “Biz birinci Avropa Oyunlarını bütün Azərbaycanda öz tamaşaçılarımıza təqdim etməkdən qürur duyuruq. Bu, ölkə üçün tarixi bir məqamdır. AzTV aparıcı yayım şəbəkəsi olaraq oyunları təşviq etmək və bütün ölkə boyunca davam edəcək Məşəlin ötürülməsi prosesini yayımlamaq üçün Bakı-2015-lə əməkdaşlıq edərək öz payımıza düşən işi yerinə yetirəcəyik”.
Bakı-2015-in Əməliyyatlar üzrə Baş Direktoru Saymon Kleq isə AZTV ilə bağlanan müqaviləyə görə məmnun olduğunu bildirib: “Birinci Avropa Oyunlarının yarışlara ev sahibliyi edən Azərbaycanda mümkün qədər çox tamaşıçıya çatdırılması vacibdir. Mən məmnunam ki, biz AzTv ilə razılıq əldə etmişik. Avropa oyunlarının yayımı üçün bu mükəmməl tərəfdaş tapmışıq”.
Son xəbərlər
Son Xəbərlər