Bakı 2015 Avropa Oyunları yeni brendini təqdim edib- - Fotolar

baki-2015-avropa-oyunlari-yeni-brendini-teqdim-edib-
Oxunma sayı: 1769


 “Qafqazinfo” xəbər verir ki, Bakının təbii gözəlliyini əks etdirən rəngarəng və heyranedici yeni brend imici yarış obyektləri, biletlər, uniformalar və ilk Avropa Oyunları ilə bağlı satılan bütün əşyalarda əks olunacaq.  Yeni brendin mərkəzində Azərbaycan folklorunda birliyin simvolu olan nar ağacının təsviri vardır.  Azərbaycan irsinin və mədəniyyətinin tarixi simvolları və müxtəlif idman növü və fənlərinin diqqət cəlb edən qrafikaları nar ağacının budaqları ilə bir-birinə bağlanır. 

Əlvan rəngli şüşə şəbəkə, butanın naxış elenmentləri, xalça və toxuculuq naxışlarından nümunələr də daxil olmaqla bir yerə toplanmış cəlbedici yeni naxışlar Azərbaycan irsinin ölkənin məğrur tarixində mühüm rol oynayan digər simvollarıdır. 

Yeni imicin yaradılması tenderinin qalibi daha öncə London 2012 Olimpiya və Paralimpiya Oyunları üçün idman brendinin yaradılmasında çalışmış məşhur SomeOne agentliyi olub