“Qafqazinfo”nun məlumatına görə, Yeni Zellandiyanın SKY televiziya kanalı Bakı 2015 yarışlarını yayımlamaq üçün hüquq əldə edən qeyri-Avropa televiziya şəbəkələri arasında yer alan növbəti şirkət olub. Bu müqaviləyə əsasən, SKY Sportun iki xüsusi səyyar kanalı, Oyunların eksklüziv görüntülərini tədbir davam etdiyi müddət ərzində ölkənin müxtəlif yerlərinə çatdıracaq.
Qeyd edək ki, Yeni Zellandiya, Amerika, Ərəb ölkələri, Çin, Hindistan, Avstraliya və Yaponiyada da daxil olmaqla, Avropanın hüdudlarından kənarda Oyunları yayımlamaq üçün müqavilə imzalamış ölkələrin sırasına qoşulur.
Son xəbərlər
Son Xəbərlər