“Bakı 2015”də iştirak edən boksçu öldü - Döyüşdən sonra

“Bakı 2015”də iştirak edən boksçu öldü
Oxunma sayı: 4115

Rusiyalı boksçu Maksim Dadaşov ABŞ-da Sabriel Matias ilə keçirilən döyüşdən sonra ölüb.

"Qafqazinfo" xəbər verir ki, 28 yaşlı idmançının ölümünə görüş zamanı başından aldığı ciddi zərbələr səbəb olub.

Belə ki, o, rəqibi ilə döyüşdə başından zərbələr alıb və görüşü 11-ci raundda dayandırmalı olub. Halı pisləşən rusiyalı boksçu xəstəxanaya çatdırılıb. Komaya düşən idmançının həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Maksim Dadaşov 2015-ci ildə Bakıda keçirilmiş I Avropa Oyunlarının iştirakçısı olub. 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi