“Bakı-2015”in mədəniyyət proqramı açıqlandı

baki-2015in-medeniyyet-proqrami-aciqlandi
Oxunma sayı: 773


“Qafqazinfo”nun məlumatına görə, “Mədəniyyət 2015” proqramı Azərbaycanın birinci xanımı və Bakı-2015 Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın dəstəyi ilə Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi və bir sıra müstəqil mədəni mərkəzlərin əməkdaşlığı ilə hazırlanıb.

Bakı-2015 Bakının əsas mədəni obyektləri və baş tutacaq tədbirlər və sərgilər haqqında ətraflı məlumat verən müfəssəl “Mədəniyyət 2015” broşürünü hazırlamaq üçün öz tərəfdaşları ilə əməkdaşlıq edib.

Bu məkanlara UNESCO-nun Dünya İrsi siyahısına salınmış tarixi İçərişəhər və Qobustan dövlət qoruğu, həmçinin Dövlət Opera və Balet Teatrı, yenicə təmirdən çıxmış Milli İncəsənət Muzeyi, yeni tikilmiş Xalça Muzeyi və Heydər Əliyev Mərkəzi daxildir.

İçində xəritələr, bilet və praktik məlumatın olduğu broşürlər pulsuzdur və onları hotellər, mədəni obyektlər, eləcə də şəhərin müxtəlif bilet satış məntəqələrindən əldə etmək mümkündür.