“Qafqazinfo”ya daxil olan məlumata görə, “Olimpiya himni”nin musiqisi Alxanlı, sözləri İsmayıl Dadaşov, aranjemanı isə Əvəz Muradova məxsusdur.
Mahnının video versiyası sosial şəbəkə istifadəçilərinin ixtiyarına verilib. Video çarxda 1-ci Avropa Oyunlarının bütün yaddaqalan məqamları yer alıb. Oyunlar zamanı yadda qalan qaliblərdən biri də qızıl medal sahiblərindən olan Rəsul Cunayev idi. O, Ali Baş Komandana əsgər salamı verməklə milyonların rəğbətini qazanıb.
Qeyd edək ki, Dövlət Sərhəd Xidmətinin (DSX) əsgəri olan R. Cunayev ötən gün DSX-nın rəisi tərəfindən leytenant rütbəsi ilə təltif edilib. Video çarxda Avropa Oyunlarında iştirak edən və təltif edilən digər sərhədçi idmançılar da yer alıb.
Xatırladaq ki, güləşçimiz Rəsul Cunayev qələbəsindən sonra Azərbaycan bayrağı ilə arenada dövrə vuraraq prezident İlham Əliyevə əsgər salamı vermişdi.