Oyunların Əməliyyat Komitəsindən “Qafqazinfo”ya verilən məlumata görə, “Fəal Ailə, Sağlam Aləm” (Azərbaycanca FASA) proqramının məqsədi Azərbaycan əhalisinin mütəmadi fiziki fəaliyyətlərə cəlb olunmasını təmin etməkdir.
Gənclər və idman naziri Azad Rəhimov Avropa Oyunlarının buraxacağı sosial mirasın əhəmiyyətindən danışıb: “Avropa Oyunlarının ölkəmizin inkişafının göstəricisi olmasına baxmayaraq, bu Oyunların bizim insanların, xüsusən də ailələrin idman etməyə və fəal həyat tərzi keçirməyə həvəsləndirilməsində güclü ruhlandırıcı təsirini qeyd etmək vacıb məsələdir. Mən inanıram ki, Avropa Oyunlarının sosial mirası kimi bir çox insanlar fəal həyat tərzinə cəlb olunacaq və mən FASA Proqramını dəstəklədiklərinə görə Coca-Cola və partnyorlara təşəkkürümü bildirmək istəyirəm”.
Son xəbərlər
Son Xəbərlər